​Bakıda və İmişlidə yanğın hadisələri baş verib

​Bakıda və İmişlidə yanğın hadisələri baş verib Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
29 Aprel , 2015 05:58
​Bakıda və İmişlidə yanğın hadisələri baş verib

Bakı. 29 aprel. REPORT.AZ/ Gecə saatlarında Bakıda və İmişlidə yanğın hadisələri qeydə alınıb.

"Report" xəbər verir ki, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Yanğından mənzillər mühafizə olunub.

İmişlidə baş verən hadisə zamanı rayonunun 3 saylı qəsəbəsində vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi