Bakıda və Gəncədə yanğın olub

Bakıda və Gəncədə yanğın olub Hər iki evin qalan hissəsi yanğından mühafizə edilib
Hadisə
29 Mart , 2015 09:18
Bakıda və Gəncədə yanğın olub

Bakı. 29 mart. REPORT.AZ/ Bakı şəhərinin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə və evə bitişik ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi