Bakıda valyutadəyişmə məntəqəsindən oğurluq edən şəxslər saxlanılıb

Bakıda valyutadəyişmə məntəqəsindən oğurluq edən şəxslər saxlanılıb Onların başqa cinayətlərinin də üstü açılıb
Hadisə
11 Noyabr , 2014 13:16
Bakıda valyutadəyişmə məntəqəsindən oğurluq edən şəxslər saxlanılıb
Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda silsilə oğurluqlar edən şəxslər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatı Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 17-ci Polis Bölməsi əməkdaşları həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, Gülarə Hacıyevanın çantasını, Günel Rüstəmovanın mobil telefonunu, Rəqsanə Quliyevanın, Turanə Qurbanovanın, Pərviz Rzayevin, Günay Xasməmmədovanın pul kisəsini, Məlahət Aslanovanın çantasından, İbadət Kərimovun avtomobilindən, Vüsal Zeynalovun valyuta dəyişmə məntəqəsindən, Sədrəddin Mehdiyevin cibindən, Samir Xəlilovun mağazasından, Şərafət Əhmədovanın avtomobilindən oğurluqda, Elşən Abdullayevə, Qönçə Məmmədovaya, Patimat Həsənovaya, Mülayim Mirzəyevaya, Hafiz Əliyevə, Arzu Ələkbərovaya, İsmayıl Həşimova qarşı soyğunçuluq və Nazim Nəsirova qarşı dələduzluqda şübhəli bilinən Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarov tutulub. 

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi