​Bakıda üzvlərindən biri qadın olan cibgir dəstəsi tutulub

​Bakıda üzvlərindən biri qadın olan cibgir dəstəsi tutulub Şübhəlilərdən tiryək götürülüb
Hadisə
7 Sentyabr , 2015 10:40
​Bakıda üzvlərindən biri qadın olan cibgir dəstəsi tutulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda marşrut avtobuslarından birində oğurluq edən şəxslər 10 gün sonra tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da saat 10:30 radələrində 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan şəxslər – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub. Şübhəlilərdən O.Məhərrəmovdan 0,757 qram, A.Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi