Bakıda üzərində tatuirovkalar olan kişi meyiti tapılıb

Bakıda üzərində tatuirovkalar olan kişi meyiti tapılıb Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində davam etdirilir
Hadisə
15 Avqust , 2016 16:39
Bakıda üzərində tatuirovkalar olan kişi meyiti tapılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda kişi meyiti aşkarlanıb.

“Report”un məlumatına, rayonun Şüvəlan qəsəbəsi, Mübariz Qasımov küçəsində 60-65 yaşlarında üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkar olunub.

Meyitin sol ayağın pəncəsinin üzərində rus hərfləri ilə “730 дней в долине смерти” sözləri və sol bazunun yuxarı hissəsində qadın təsviri olan tatuirovkaları var.

Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş davam etdirilir.

Son xəbərlər

Orphus sistemi