Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs məhkəmə zalında həbs edilib

Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs məhkəmə zalında həbs edilib Seymur Abbasov 8 il müddətinə azadlıqdan məhrum olunub
Hadisə
20 May , 2016 11:33
Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Reportun məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəminin hökmü ilə S.Abbasov barəsində heç yerə getməməklə bağlı qərar dəyişdirilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, S.Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada baş verən bədbəxt hadisə nəticəsində ustalardan biri yıxılaraq ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və S.Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı o, Cinayət Məcəlləsinin 222-ci (tikinti işlərində təhlükəsizliyi pozma) maddəsi ilə ittiham edilib. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilib. S.Abbasovdan heç yerə getməməklə bağlı iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi