Bakıda uşaq poliklinikasında yanğın olub - FOTO

Bakıda uşaq poliklinikasında yanğın olub - FOTO Poliklinikadakı işçilər və vətəndaşlar təxliyyə edilib
Hadisə
21 Dekabr , 2015 10:38
Bakıda uşaq poliklinikasında yanğın olub - FOTO

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda yerləşən 2 saylı Uşaq Poliklinikasında yanğın hadisəsi baş verib. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını gəlib. Poliklinikadakı işçilər və vətəndaşlar təxliyyə edilib. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın kombi sistemindən başlayıb.

Son xəbərlər

Orphus sistemi