Bakıda uşaq bağçasında yanğın olub

Bakıda uşaq bağçasında yanğın olub Yanğın zamanı 6 nəfər təxliyyə olunub
Hadisə
22 Fevral , 2016 08:56
Bakıda uşaq bağçasında yanğın olub

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda uşaq bağçasında yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılan əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfəri yanğınsöndürənlər təxliyyə edib. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğını yanğınsöndürənlər söndürüb.

Son xəbərlər

Orphus sistemi