Bakıda uşaq bağçası olan binada yanğın zamanı bir uşağın tüstüdən zəhərləndiyi açıqlanıb

Bakıda uşaq bağçası olan binada yanğın zamanı bir uşağın tüstüdən zəhərləndiyi açıqlanıb O, tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb
Hadisə
7 Noyabr , 2014 16:10
Bakıda uşaq bağçası olan binada yanğın zamanı bir uşağın tüstüdən zəhərləndiyi açıqlanıb
Bakı. 7 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda, Süleyman Vəzirov küçəsi-22 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı bir azyaşlının tüstüdən zəhərləndiyi məlum olub.

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, uşaq tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, binadan 35 sakin, binada yerləşən uşaq bağçasından isə 50 uşaq və 15 tərbiyyəçi təxliyyə olunub.

Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi