Faktla bağlı araşdırma aparılır.
Bakıda Ukrayna vətəndaşı olan qadına qarşı quldurluq edilib
Hadisə
14 Noyabr , 2014
13:25
https://static.report.az/photo/da916632-f3ee-4b24-a4d7-4aacb78cbc12.jpg
Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda Ukrayna vətəndaşına qarşı quldurluq edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nadejda Liaşevaya zor tətbiq edib içərisində 57 manatı, mobil telefonu və sənədi olan çantasını alan Kürdəmir rayon sakini Xalid İsmayılov tutulub.