Bakıda üçotaqlı ev yanıb - FOTO

Bakıda üçotaqlı ev yanıb - FOTO Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır
Hadisə
10 Oktyabr , 2016 16:33
Bakıda üçotaqlı ev yanıb - FOTO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda sahəsi 65 kvadratmetr olan 3 otaqlı yaşayış evi əşyaları ilə birlikdə yanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində qeydə alınıb.

Hadisə zamanı Ceyhunə Sadıqovaya məxsus fərdi yaşayış evi yanıb.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları alovun digər evlərə keçməsinin qarşısını alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi