Bakıda üçotaqlı ev yanıb

Bakıda üçotaqlı ev yanıb anğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
19 Yanvar , 2015 19:50
Bakıda üçotaqlı ev yanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı şəhərində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan ikimərtəbəli 3 otaq və mansarddan ibarət evin mansardının yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi