Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb

Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Dekabr , 2015 13:37
Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda 3 nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölüb.

Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov və arvadı Firuzə dəm qazından zəhərlənib, Lentruş İsmayılov vəfat edib, həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi