Bakı. 20 aprel. REPORT.AZ/ Təyyarənin Bakıya məcburi enişinə səbəb olan 73 yaşlı Danimarka vətəndaşı Alen Lasten dünyasını dəyişib. Bu barədə "Report"a Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
"Mərhum gecə saatlarında elə xəstəxanada dünyasını dəyişib. O, xəstəxanaya saat 16:50-də daxil olub. Alen Lasten saat 19:20-də kəskin ürək çatışmazlığından vəfat edib", - məlumatda bildirilib.
Xatırladaq ki, dünən aprelin 19-da Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə