​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsinin vaxtı açıqlanıb

​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq
Hadisə
12 Aprel , 2016 16:09
​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası aprelin 13-nə təyin edilib.

İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Son xəbərlər

Orphus sistemi