​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsi başlayıb

​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib
Hadisə
13 Aprel , 2016 09:32
​Bakıda tanınmış şirkətin baş mühasibinin məhkəməsi başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Son xəbərlər

Orphus sistemi