Bakıda taksi qəzaya səbəb olub, xəsarət alan var

Bakıda taksi qəzaya səbəb olub, xəsarət alan var Ərazidə nəqliyyatın sıxlığı yaranıb
Hadisə
7 Oktyabr , 2016 18:04
Bakıda taksi qəzaya səbəb olub, xəsarət alan var

Bakı. 7 oktyabr. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "Daewoo Gentra" markalı avtomobillə "Toyota Camry" markalı minik maşını toqquşub. Nəticədə "Toyota" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.

Məlumata görə, "Toyota Camry" markalı minik avtomobili yol ayrıcından sola dönmək istəyib. Yüksək sürətlə gələn "Daewoo Gentra" markalı avtomobil sola dönmək istəyən minik maşınına çırpılıb. Qəza nəticəsində H.Əliyev prospektində nəqliyyatın sıxlığı yaranıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi