​Bakıda sürücünün ölümü ilə nəticələnmiş yol qəzası baş verib

​Bakıda sürücünün ölümü ilə nəticələnmiş yol qəzası baş verib “Mercedes” idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb
Hadisə
21 İyun , 2016 05:51
​Bakıda sürücünün ölümü ilə nəticələnmiş yol qəzası baş verib

Bakı. 21 iyun. REPORT.AZ/ Paytaxtda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. 

Nəticədə sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K. Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 03:44-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi