Bakıda sürücü sürücüyə qarşı soyğunçuluq edib

Bakıda sürücü sürücüyə qarşı soyğunçuluq edib Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
15 Sentyabr , 2016 12:45
Bakıda sürücü sürücüyə qarşı soyğunçuluq edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda sürücü sürücüyə qarşı soyğunçuluq edib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Masallı rayon sakini Vüqar Kazımov Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinə (PB) müraciət edərək rayon ərazisində “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsünün onu saxlatmasını, avtomobilə oturub mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb getməsini bildirib.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi