Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda su quyusundan uşaq meyiti tapılıb. “Report” xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Zeytun sovxozunda qeydə alınıb.
Belə ki, həmin ərazidə nömrəsiz evdə yaşayan 2009-cu il təvəllüdlü İbrahim Məmmədovun meyiti yaşadığı evin həyətindəki 15 metr dərinliyi olan su quyusundan tapılıb. Suda boğulmuş İ.Məmmədovun üzərində zorakılıq əlaməti görünməyib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.