​Bakıda soyğunçuluq törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​Bakıda soyğunçuluq törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Aprel , 2016 15:18
​Bakıda soyğunçuluq törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Bakı şəhər sakini Ülvi Müslümovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.Müslümov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 6-da Səbail rayon ərazisində Ü.Müslümov Elməddin Nərimanlının mobil telefonunu soyğunçuluq yolu ilə alıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Müslümov tutulub.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs digər soyğunçuluq hadisələri də törədib.

Ü.Müslümov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi