Bakı. 6 mart. REPORT.AZ/ Bakıda şirkətlərdən birinə məxsus anbardan oğurluq olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbəsində yerləşən şirkətə məxsus anbardan, kilidi sındırmaqla 230 metr kabel və 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri - 1977-ci il təvəllüdlü Zaur Cəlal oğlu Rzayev, 1984-cü il təvəllüdlü Adığözəl İltifat oğlu Quliyev və 1989-cu il təvəllüdlü Nurlan Oqtay oğlu Əliqi müəyyən olunaraq tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.