Bakıda sexdə yanğın olub, dəzgahlar yanıb

Bakıda sexdə yanğın olub, dəzgahlar yanıb Hadisə gecə paytaxtın Xətai rayonu ərazisində baş verib
Hadisə
8 Fevral , 2016 07:49
Bakıda sexdə yanğın olub, dəzgahlar yanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi