Bakı. 12 İyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. “Report”un məlumatına görə, hadisə Azadlıq prospektində qeydə alınıb.
Qəza zamanı “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub. Qəza hələlik kimliyi məlum olmayan “Mercedes”in sürücüsünün günahı ucbatından baş verib. Belə ki, o yolun əks istiqamətinə çıxaraq hərəkət etməyə çalışıb.
Qəza zamanı “Mercedes”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb və o, 1 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Qəzadan sonra hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma zamanı “Mersedes”in sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olub.