Bakıda sərxoş sürücü qəza törədib

Bakıda sərxoş sürücü qəza törədib Sürücü hadisə yerini tərk edib
Hadisə
2 Dekabr , 2014 09:32
Bakıda sərxoş sürücü qəza törədib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb. "Report"un məlumatına görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, "Daewoo" markalı avtomobillə Emin Orucovun idarə etdiyi "Toyota" toqquşub. Qəzadan sonra "Daewoo"nun hələlik məlum olmayan sürücüsü hadisə yerini tərk edib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb olan və hadisə yerini tərk edən sürücü sərxoş olub.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Daewoo"nun sürücüsünün axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi