Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda sərnişin qatarı aşıb. “Report”un məlumatına görə, Bərdə-Balakən-Bakı marşrutu ilə hərəkət edən qatarın 2 vaqonu Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində relsdən çıxıb.
Sərnişinlər vaqondan düşürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.