Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb Hadisə Bakının Sabunçu rayonunda baş verib
Hadisə
13 Fevral , 2015 04:52
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Şəhər şosesi, 4 ünvanında "İsuzu" markalı sərnişin avtobusu Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub.

Piyada, 43 yaşlı Mahir Qılıncxanoğlu Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücünün əməlinə hüquqi qiymət aparılan araşdırmaların yekununda veriləcək.

Son xəbərlər

Orphus sistemi