Bakı. 13 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Sabunçu rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
"Report"
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.