Bakıda sərnişin avtobusları yandı

Bakıda sərnişin avtobusları yandı İki "Mercedes" markalı sərnişin avtobusları yanıb
Hadisə
23 Noyabr , 2014 11:01
Bakıda sərnişin avtobusları yandı

Bakı. 23 noyabr. REPORT.AZ/ Paytaxt Bakıda sərnişin avtobusları yanıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, hadisə Bakı şəhərinin Binəqədi rayonunda qaraj təsərrüfatı şöbəsinin dayanacağında baş verib.

Nəticədə iki "Mercedes" markalı sərnişin avtobusları yanıb. Dayanacaqda olan digər avtobuslar yanğından mühafizə olunub.

Saat 05:13-də baş verən yanğın yanğınsöndürənlər tərərfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi