Bakıda saxta sənədlə torpaq satan şəxs tutulub

Bakıda saxta sənədlə torpaq satan şəxs tutulub Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
20 Avqust , 2015 12:50
Bakıda saxta sənədlə torpaq satan şəxs tutulub

Bakı. 20 avqust. REPORT.AZ/ Bakıda saxta sənədlə torpaq satan şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 2014-cü ilin yanvarında Bakı şəhər sakini Cəfər Əminovun saxta sənəd tərtib edərək paytaxt sakini Xuraman Rüstəmovaya 29 000 manata torpaq sahəsi satması Suraxanı Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi