Bakıda saxta pul kəsib satan Nigeriya vətəndaşlarına hökm oxunub

Bakıda saxta pul kəsib satan Nigeriya vətəndaşlarına hökm oxunub Məhkəmə başa çatıb
Hadisə
23 Noyabr , 2015 13:22
Bakıda saxta pul kəsib satan Nigeriya vətəndaşlarına hökm oxunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əsginasları satarkən saxlanılıblar. Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əsginaslar da aşkar edilərək götürülüb.

Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi