Bakı. 25 yanvar. REPORT.AZ/ Axşam saatlarında paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın “Delfin” MMC-yə məxsus ərazidə ümumi sahəsi 97 kv.m olan taxta konstruksiyadan ibarət kotecin içərisində yerləşən saunada qeydə alınıb.
Nəticədə saunanın tavanı 2 kv.m sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də söndürülüb.