Bakıda restoranlardan birində dava olub, iki nəfər saxlanılıb

Bakıda restoranlardan birində dava olub, iki nəfər saxlanılıb Həmin şəxslər iki nəfərin mobil telefonunu da oğurlayıb
Hadisə
11 İyul , 2016 12:58
Bakıda restoranlardan birində dava olub, iki nəfər saxlanılıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda restoranlardan birində ictimai asayişi pozan iki şəxs saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Bölməsinə təhvil verilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi