Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkar edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun M.Hadi küçəsində yerləşən çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib. Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.