​Bakıda quldurluqla məşğul olan dəstə saxlanılıb

​Bakıda quldurluqla məşğul olan dəstə saxlanılıb Nəsimi RPİ-nin əməkdaşları araşdırma aparır
Hadisə
27 İyul , 2015 12:25
​Bakıda quldurluqla məşğul olan dəstə saxlanılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Xırdalan şəhər sakini Elgün Həsənova zor tətbiq edib mobil telefonunu və sənədlərini alıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin ( RPİ) 19-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rövşən Şabani və Abşeron rayon sakini Ürfət Məhərrəmov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Ağdaş rayon sakini Eşqin Qasımova zor tətbiq edib mobil telefonunu almaları, habelə Rəhman Rəhimova qarşı dələduzluq etmələri də müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi