Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Zamanlının cinayət işi üzrə məhkəmə başa çatıb.
"Rerport"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Zamanlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Zamanlı Bakı şəhər sakinlərinə qarşı quldurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.