Bakıda quldurluq hadisəsi olub

Bakıda quldurluq hadisəsi olub 15 yaşlı yeniyetməni küçənin ortasında soyublar
Hadisə
29 Noyabr , 2014 11:48
Bakıda quldurluq hadisəsi olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda quldurluq hadisəsi olub. "Report"a Nizami Rayon Polis İdarəsindən (RPİ) daxil olan məlumata görə, hadisə zamanı iki nəfər 1999-cu il təvəllüdlü Ramiz Nadirova hədə-qorxu gələrərk, onun mobil telefon və pulunu ələ keçirib. Zərərçəkən hadisədən sonra polisə məlumat verib. Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluqda şübhəli bilinən şəxslərdən biri, 17 yaşlı Hacıyev Natiq Azər oğlu saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. N.Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətdə şübhəli bilinən digər şəxsin tapılması istiqamtində əməliyyat-axtarış tədbiri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi