Bakıda quldurluq edən şəxslərə hökm oxunub

Bakıda quldurluq edən şəxslərə hökm oxunub Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
15 Aprel , 2016 13:26
Bakıda quldurluq edən şəxslərə hökm oxunub

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Natiq İbrahimov və Nicat İmanovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İbrahimov 9 il, N.İmanov isə 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakinlərinə qarşı quldurluq edib. Zərərçəkənlər bununla bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.İmanov və N.İbrahimov saxlanılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib

Son xəbərlər

Orphus sistemi