Bakıda quldurluq edən şəxs apellyasiya şikayəti verib

Bakıda quldurluq edən şəxs apellyasiya şikayəti verib İclas avqustun 22-nə təyin olunub
Hadisə
20 Avqust , 2016 11:31
Bakıda quldurluq edən şəxs apellyasiya şikayəti verib

Bakı. 20 avqust. REPORT.AZ/ Qəsdən sağlamlığa yüngül zərər vurmaqda və quldurluqda təqsirləndirilən Zamiq Paşayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 22-nə təyin edilib.

İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. Bundan başqa, o, İ.Həmidliyə qarşı qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib.

Z.Paşayev Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il iyul ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaaln məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi