Bakıda quldurluq edən dəstənin üzvləri tutulub

Bakıda quldurluq edən dəstənin üzvləri tutulub Nəsimi RPİ tərəfindən araşdırma aparılır
Hadisə
27 Yanvar , 2015 15:29
Bakıda quldurluq edən dəstənin üzvləri tutulub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda quldurluq edən dəstənin üzvləri tutulub. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakinləri Allahverən Babayevi və Abduləli Abdullayevi bıçaqla hədələyib, A.Babayevin mobil telefonunu alıblar.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qax rayon sakini Emil Qocayev, Salyan rayon sakini Mirağa Əhədov, Abşeron rayon sakini Fuad Teymurov və Culfa rayon sakini Sunay Quliyev saxlanılıblar.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi