​Bakıda qonşusunu söyüşə görə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

​Bakıda qonşusunu söyüşə görə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Hadisə
1 İyun , 2016 17:22
​Bakıda qonşusunu söyüşə görə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, Kamran Vahid oğlu Bağırovun cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi ötən il dekabr ayının 28-də Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında baş verib. Həmin binada yaşayan 32 yaşlı K.Bağırov yaşadığı küçədə qonşusu Cümşüd Əsəddulla oğlu Rüstəmovu bıçaqlayıb. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra K.Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib. O, ilkin ifadəsində C.Rüstəmovun içkili olduğunu və onu söydüyü üçün bıçaqladığını bildirib.

K.Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi