Bakıda qonşusunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda qonşusunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilb
Hadisə
23 Sentyabr , 2016 10:12
Bakıda qonşusunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqiləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilb.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu, 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. K.Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bu il avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi