Bakıda qonşusunu qətlə yetirən şəxs məhkəməyə müraciət edib

Bakıda qonşusunu qətlə yetirən şəxs məhkəməyə müraciət edib İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq
Hadisə
17 Sentyabr , 2016 14:05
Bakıda qonşusunu qətlə yetirən şəxs məhkəməyə müraciət edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu, 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bu il avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi