Bakıda Qırğızıstan vətəndaşı tutulub

Bakıda Qırğızıstan vətəndaşı tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Oktyabr , 2015 12:55
Bakıda Qırğızıstan vətəndaşı tutulub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda Qırğızıstan vətəndaşı tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nizami rayonunun İ.Məmmədov küçəsində naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinə (PB) təhvil verilib. Onun Qırğızıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi