​Bakıda qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçıb, cinayət işi başlanılıb

​Bakıda qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçıb, cinayət işi başlanılıb İstintaq aparılır
Hadisə
8 Aprel , 2016 12:54
​Bakıda qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçıb, cinayət işi başlanılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi