Bakıda qətlə yetirilən Göyçay sakininin meyiti 5 gün sonra tapılıb

Bakıda qətlə yetirilən Göyçay sakininin meyiti 5 gün sonra tapılıb Iki gənc yaşlı taksi sürücüsünü qətlə yetirib
Hadisə
14 Avqust , 2015 00:29
Bakıda qətlə yetirilən Göyçay sakininin meyiti 5 gün sonra tapılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bir neçə gün əvvəl itkin düşmüş Göyçay rayonunun sakini 1955-ci il təvəllüdlü İsayev Cavid İsa oğlunun meyiti aşkarlanıb.

Göyçay Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Samux rayon sakini 1994-cü il təvəllüdlü Hacıyev Akif Səxavət oğlu və Bərdə rayon sakini Quliyev Elvin Rəşid oğlu paytaxtın Beynəlxalq Avtovağzalına gələrək taksi fəaliyyəti ilə məşğul olan Cavid İsayevin "Mercedes" markalı avtomobilinə miniblər.

Yolda maşını saxlatdıran iki sərnişin sürücünü qətlə yetirdikdən sonra Cavid İsayevin üzərindəki 150 manatı götürərək hadisə yerindən uzaqlaşıblar. Avtomobili ehtiyyat hissələrinə ayırıb satmaq məqsədi ilə Ağcabədi rayonuna aparan qatillər qısa müddət sonra həbs olunub.

Faktla bağlı cinayət açılıb.

Son xəbərlər

Orphus sistemi