Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib Qətli törədən şəxs tutulub
Hadisə
9 Sentyabr , 2015 09:56
Bakıda qətl hadisəsi baş verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Hadisə sentyabrın 8-də saat 01:30 radələrində Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb. 1968-ci il təvəllüdlü Rasim Quliyev 1966-cı il təvəllüdlü Mehman Əliyevə ağır bıçaq xəsarəti yetirməklə onu öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Quliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi