Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 4 nəfərin məhkəməsi keçirilib

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 4 nəfərin məhkəməsi keçirilib Onlardan üçü özlərini qismən təqsirli sayıblar
Hadisə
17 Sentyabr , 2015 19:02
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 4 nəfərin məhkəməsi keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah daşıma, narkotik vasitələri satma və əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Ələkbər Qəhrəmanov, Anar Əliyev, Nurlan Həsənov və Ceyhun Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Ə.Qəhrəmanov, A.Əliyev və C.Niftəliyev özlərini qismən təqsirli sayıblar. N.Həsənov isə özünü təqsirli hesab etmədiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası qeyri-müəyyən müddətə təyin edilib.

Qeyd edək ki, Ə.Qəhrəmanov, A.Əliyev, N.Həsənov və C.Niftəliyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi