Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda qəbiristanlıqda meyit aşkarlanıb.
“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1949-cu il təvəllüdlü Yalçın Ələsgər oğlu Süleymanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən istintaq aparılır.