Qazax sakininə qarşı dələduzluq edildiyi iddia olunub - YENİLƏNİB

Qazax sakininə qarşı dələduzluq edildiyi iddia olunub - YENİLƏNİB "Həmin addımı fırıldaqla pul qazanmaq naminə həyata keçirib"
Hadisə
1 Mart , 2016 14:10
Qazax sakininə qarşı dələduzluq edildiyi iddia olunub - YENİLƏNİB

Bakı. 1 mart. REPORT.AZ/ İ.T.-nin hüquqi nümayəndəsi "Report"a bildirib ki, onun kimdənsə 14 500 manat alıb qaytarmaması faktı olmayıb: "Bu məsələ ilə bağlı heç bir şikayət ərizəsi yoxdur. Q.Rəhimova özü dəfələrlə dələduzluqda ittiham edilib və həmin addımı fırıldaqla pul qazanmaq naminə həyata keçirib".

***

Bakıda Qazax rayon sakininə qarşı 14 min manatlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, Qazax rayon sakini 61 yaşlı Q.Rəhimova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin fevral ayında Səbail rayonu, M.Lermontov küçəsində Bakı şəhər sakini, İ.T. adlı şəxs onun etibarından sui-istifadə edərək 14 500 manat pulunu alıb, lakin bu günədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi